Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib
09:01 28 Mart 2021
Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.
Femida.az-ın məlumatına görə, Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1987-ci il təvəllüdlü Camal Əfəndi oğlu İsmayılov idarə etdiyi “Nissan” markalı 90 DA 629 dövlət nömrə nişanlı dövlət nömrə nişanlı minik avtomobili il hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını beton maneəyə çırpıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan C.İsmayılov hadisə yerində ölüb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan C.İsmayılovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət yanğından mühafizə hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib