Gəncədə koronavirusa yoluxan məktəb direktoru dünyasını dəyişdi


23:56     28 Mart 2021 klinika.jpg


Bu gün Gəncə şəhər Şah İsmail Xətai adına 13 saylı tam orta məktəbin direktoru yeni növ koronavirus infeksiyasından dünyasını dəyişib.

Orta məktəb direktoru Hüsnay Mövlayeva bir müddət idi ki, COVID-19 virusundan müalicə alırdı.

Göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şah İsmail Xatai adına olan 13 nömrəli tam orta məktəb bir müddət öncə bir müəllim və bir şagirddə COVID-19 virusu aşkarlanması səbəbindən bağlanıb, dərslər onlayın şəkildə keçirilib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 348