Saatlıda yanğın olub, xəsarət alan var


09:47     29 Mart 2021 21_03_29_1616994602.jpg

Saatlıda evdə yanğın olub.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 338