Həbsdəki tanışına başmaqda narkotik aparan şəxs tutulub


11:35     29 Mart 2021 2021/03/1616999325871_NyXCzM3R_1616999849.jpeg

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.


Xidmətdən Femida.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Əli Mahir oğluna tanışı Bakı şəhər sakini Ələkbərov Asif Ələkbər oğlu tərəfindən aparılmış sovqata baxış keçirilən zaman orada olan başmağın daban hissəsində xüsusi üsulla gizlədilmiş 3 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 1,731 qram olan narkotik maddə heroin və ümumi çəkisi 0,680 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 472