Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun təsdiqi başa çatıb


13:12     29 Mart 2021 2021/03/8B3F927F-D2FA-472E-9894-E8D06F6E36D7_1617007585.jpeg

2020-ci il dekabrın 10-da Bakıda imzalanmış Türkiyə və Azərbaycan hökumətləri arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatyında deyilir.

Qeyd olunur ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək:

"Beləliklə, hər iki ölkənin vətəndaşları Türkiyə və Azərbaycan arasında səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək".

Açar sözlər:

Oxunub: 185