Ceyhun Bayramov Ayvazyanla Moskvada görüşməyəcək


14:44     29 Mart 2021 21_03_29_1617015307.jpg


Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Dağlıq Qarabağ üzrə danışıqların davam etdirilməsinə həsr olunmuş görüşü hazırda planlaşdırılmır.

Femida.az “TASS”a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan parlamentdə çıxışı zamanı bildirib.

"1 aprel tarixində MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşürəm. Hazırda üçtərəfli və ya ikitərəfli görüş (Azərbaycanın xarici işlər naziri ilə - red.) planlaşdırılmır. Bununla yanaşı, fərqli tərəfdaşlarla görüşlər olacaq", - deyə Ayvazyan vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 424