"YAŞAT" fondu daha 182 şəhid ailəsinin borc öhdəlikləri qarşıladı


14:55     29 Mart 2021 21_03_29_1617015374.jpg


Mart ayının 15-20-si tarixlərində 428 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Femida.az xəbər verir ki, "YAŞAT" Fondu tərəfindən bu vaxt ərzində 113 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 182 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 32 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 53 şəxsin tibb xərclərinin ödənilməsi və 20 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Femida.az

Açar sözlər: #YAŞAT   #fond   #şəhid   #qazi  

Oxunub: 556