Türkiyə Milli Təhlükəsizlik Şurası Ağdamdakı mərkəzi müzakirə edəcək


20:26     29 Mart 2021 2021/03/44BF3485-7648-4C21-B3B5-B13BC0E2E8D0_1617036020.jpeg

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Femida.az “TRT Haber”ə istinadla xəbər verir ki, iclasda Egey dənizi, Şərqi Aralıq dənizi və Kiprdəki proseslər, eyni zamanda, Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyətləri, terrorla mübarizə başda olmaqla strateji məsələlərin müzakirəsi gözlənilir.

Məlumata görə, yanvarın 30-da Qarabağda atəşkəsə nəzarət məqsədilə fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də müzakirə ediləcək.

Müzakirə mövzuları sırasında PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı aparılan əməliyyatlarla yanaşı, digər regional və milli təhlükəsizlik məsələlərinin də gündəlikdə yer alacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 209