İrandan Azərbaycana gətirilən 495 kq darçın yararsız olub


18:22     30 Mart 2021 2021/03/de59a18f-530c-3800-83e4-155be343a107_850_1617112497.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Femida.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Fruit-A” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən 495 kq darçın məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 447