İmişli sakini külli miqdarda narkotiklə saxlanılıb
09:12 31 Mart 2021
İmişli rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Femida.az -ın məlumatına görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Hüseynli İbiş Adil oğlu qəbiristanlıqda gizli saxlanc yerindən bağlama götürərkən saxlanılıb. Bağlamaya baxış zamanı oradan 760 qram narkotik vasitə olan heroin, 980 qram psixotrop maddə olan metamfetamin və 1,585 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, İ.Hüseynli 2017-ci ildə həbsdə olarkən İran İslam Respublikasının vətəndaşı ilə tanış olub. İ.Hüseynliyə zəng edən həmin şəxs rayonun Rəsullu kəndində bağlama olduğunu deyib. Birinci bağlamanı qəbiristanlıqdan götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxunub: 352
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var