44 nəfərə qarşı dələduzluq edən şəxsin istintaqı başa çatıb


10:22     31 Mart 2021 21_03_31_1617168502.jpg

44 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Fərhad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, F.Məmmədov zərərçəkmişlərə "Simental" cinsli iribuynuzlu heyvanları dövlət xətti ilə ucuz qiymətə verəcəyini vəd edib. Uzun müddət keçməsinə baxmayaraq F.Məmmədov vədinə əməl etməyib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 359