2237 yeni yoluxma - 29 nəfər öldü


15:39     31 Mart 2021 21_03_31_1617191425.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir.

Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.



Femida.az

Açar sözlər: #koronavirus   #yoluxma  

Oxunub: 512