Dünyada koronavirusa yoluxanların sayı 130 milyona çatır


09:48     01 Aprel 2021 21_04_01_1617256118.jpg


Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 129 milyon 477 min 927 nəfərə çatıb.

Femida.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 828 min 207 nəfərdir. İndiyədək 104 milyon 426 min 789 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 509 746 nəfər koronavirusa yoluxub, 8855 pasiyent ölüb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 166 344 nəfər virusa yoluxub, 565 256 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 12 753 258 yoluxma qeydə alınıb. Onlardan 321 886 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 221 665 nəfərdə virus aşkar edilib. Xəstələrdən 162 960 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 644 423 yoluxma, 95 640 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 545 095 nəfər virusa yoluxub ki, onlardan 98 850-si ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 169