Zaqatalada yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı


10:28     01 Aprel 2021 21_04_01_1617258546.jpg


Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zaman aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, vətəndaş Mübariz İbrahimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.

M.İbrahimov barəsində Zaqatala RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 159