Peyvənd olunan şəxslərə karantin qadağaları tətbiq edilməldirmi? - VİDEO


11:17     01 Aprel 2021 2021/02/peyvend-1_1614167093.jpg

Azərbaycanda qapanma olacaqsa, peyvənd vurulan insanların bu qapanmalardan kənarda qalması mümkün olmayacaq.


Bunu “ARB Xəbər”ə açıqlamasında infeksionist Ümüd Səlimzadə deyib.

Azərbaycanda kütləvi immunitet hələlik yaranmadığı üçün belə qaydanın tətbiq edilməsinin real olmadığını bildirən infeksionist peyvəndlənmə prosesinin sürəti artırılarsa, qapanmalara getmədən növbəti dalğanın öhdəsindən gəlməyin mümkün olacağını qeyd edib.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Müşfiq Məmmədli isə bildirib ki, peyvənd vurduran şəxslərin yoluxma ehtimalı 80-85 faiz aşağı olduğuna görə onların ölkə daxilində hərəkəti və xaricə səfərləri daha da asanlaşır.

Daha ətraflı süjetdə:



Femida.az

Açar sözlər:

Oxunub: 457