Paşinyanın Rusiyaya səfərinin tarixi bilinib


10:47     02 Aprel 2021 21_04_02_1617345244.jpg

Ermənistanın Baş Naziri Nikol Paşinyanın Rusiyaya səfərinin tarixi bilinib.

Femida.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, Baş Nazirin mətbuat katibi Mane Gevorqyan bildirib ki, N. Paşinyan aprelin 7-də Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, səfər zamanı N. Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

M. Gevorqyan qeyd edib ki, N. Paşinyan Moskva səfəri öncəsi aprelin 2-dən etibarən özünütəcrid rejimində çalışır.

Açar sözlər:

Oxunub: 332