Ucarda 5 avtomobil toqquşub - FOTO


11:59     02 Aprel 2021 21_04_02_1617349554.jpg

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2 "VAZ 2107", 1 "Hyundai", 1 "BMW" markalı minik avtomobilləri və 1"TİR" markalı yük maşını toqquşub. Hadisə nəticəsində Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyal Sahib oğlu Əliyev xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 346