Abşeronda narkotacir tutuldu


15:18     02 Aprel 2021 21_04_02_1617363506.jpg


Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Məmmədov saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onun üzərinə və Xırdalan şəhərində yaşadığı evə baxış zamanı çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, A.Məmmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 237