Azərbaycanla Pakistan arasında yeni saziş təsdiqləndi


15:40     02 Aprel 2021 21_04_02_1617363620.jpg


Azərbaycanla Pakistan arasında yeni saziş təsdiq edilib.

Femida.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı bu sazişin iki dost arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.

Müzakirələrdən sonra sənəd səverməyə qoyularaq qəbul edilib.

Femida.az

Açar sözlər: #Pakistan  

Oxunub: 425