Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşdü


18:12     02 Aprel 2021 2021/04/16173-1617373697_1617378853.jpg

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub, iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib.

Açar sözlər:

Oxunub: 346