Kocaelidə Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salındı


20:04     02 Aprel 2021 2021/04/16173-1617378633_1617379655.jpg

Türkiyənin Kocaeli vilayətində Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salınıb.

Femida.az xəbər verir ki, aprelin 2-də ilk ağac tinglərin əkilməsi mərasimi keçirilib. Meşəlik ərazinin salınması Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə baş tutub.

“Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasındakı əlaqələrin daha dərinləşməsinə töhfə vermək və bu qardaşlığı növbəti dəfə dünyaya nümayiş etdirmək məqsədilə salınan meşəlik ərazi Kocaelinin Başiskele Bələdiyyəsinin ərazisində qurulub.

Ümumi sahəsi 60 min kvadratmetr olan qardaşlıq meşəsində 4573 ədəd müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 343


Oxşar xəbərlər