Yenidən qurulan "Şərq bazarı"nda işlər hansı mərhələdədir? - FOTO


20:50     02 Aprel 2021 2021/04/serg_bazari_main_020421_1_4852146855.jpg

Artıq bir müddətdir ki, Nərimanov rayonunda yerləşən, restavrasiya və yenidənqurma işləri aparılan "Şərq bazarı"nda metal günbəzlərin quraşdırılaması işləri bitmək üzrədir.

Trend-in məlumatına görə, işlər layihəyə uyğun olaraq davam etdirilir. Ardıcıl olaraq mövcud inşaat konstruksiyalarının gücləndirilməsi, yeni inşaat konstruksiyalarının və metal konstruksiyaların quraşdırlması davam etdirilir. Bu işlər yekunlaşdıqdan sonra ərazidə landşaft və daxili bəzək tamamlanma işləri davam etdiriləcək.

Yenidənqurma işlərindən sonra "Şərq bazarı"nda millilik və müasirlik sintezini görmək mümkün olacaq. Kompleksdə bazar, iaşə obyektləri, istirahət ocaqları və hamamın fəaliyyət göstərəcəyi gözlənilir.

Qeyd edək ki, 16 günbəzdən və digər tikililərdən ibarət olan "Şərq bazarı"nın ümumi sahəsi 9 min kvadratmetrə malikdir. Bina 1982-ci ildə tikilib və 2001-ci ildən etibarən Dövlət tərəfindən qorunan Tarix, Memarlıq və Mədəniyyət Abidələri Siyahısına daxil edilib.

Bu cür üslubda olan "Şərq bazarı" Misir, İran və Türkiyə kimi ölkələrdə də var.



Açar sözlər:

Oxunub: 234