İtkin düşmüş Salyan sakini Bakıda tapıldı


17:14     04 Aprel 2021 2021/04/6676f07e-bfab-37c1-8eb0-8407e42db528_850_1617542215.jpg

İtkin düşmüş Salyan sakini, 1966-cı il təvvəlüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu tapılıb.


Bu barədə “Report”a onun bacısı Ədibə Xudaverdiyeva bildirib. Onun verdiyi məlumata görə, qardaşı Xətai Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Xudaverdiyev aprelin 1-də Bakıya gedərək geri qayıtmamışdı.

Ə.Xudaverdiyev fiziki qüsurlu, ikinci qrup əlildir.

Açar sözlər:

Oxunub: 195