SON DƏQİQƏ! Bu gündən Azərbaycanda bu sahədə qapanmalar başladı
10:24 05 Aprel 2021
Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda bu gündən uşaq bağçaları fəaliyyət göstərmir.
Femida.az məlumatına görə, bağçalara bildirilib ki, müəllim və texniki heyət vaksinasiya olunana qədər bağçalar fəaliyyət göstərməyəcək.
Valideynlər də APA-ya deyiblər ki, onlara müəllimlərin və texniki heyətin vaksinasiyası ilə əlaqədar bu gündən bağçaların fəaliyyətini dayandırdığı bildirilib.
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdi.
Təhsil naziri Emin Əmrullayev isə ötən həftə sonu "Facebook" səhifəsində canlı yayımda bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək. O deyib ki, bağçalarda distant təhsil mümkün deyil: "Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".
Əlavə edək ki, COVID-19-la əlaqədar Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bu gündən distant təhsilə keçib.
Oxunub: 19166
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"