Qızlara 150 manat verdim ki, sakitləşsinlər - Bakıdakı güllələnmənin TƏFƏRRÜATI


11:40     05 Aprel 2021 2021/04/atesh_1617608560.jpg


2019-cu ilin avqustunda Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 17 ünvanında yerləşən bank binasının qarşısında 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlunun güllələnməsi hadisəsinin təfərrüatları üzə çıxıb.

Femida.az xəbər verir ki, ayaq nahiyəsindən güllə xəsarətləri alan Ziyadxanın Azər adlı tanışı tərəfindən güllələndiyi məlum olub.

Belə ki, hadisədən bir neçə gün əvvəl Ziyadxan Sədiyev Azər və digər 3 dostu ilə birlikdə Azərin tanışına məxsus olan və Pirşağıda yerləşən lüks restoranda gecələyiblər. Həmin gün onlar hər birinə 100 manat ödəmək şərti ilə 3 xanımı da restorana dəvət ediblər. Lakin sonradan Ziyadxanla Azər arasında hesaba və qızların puluna görə mübahisə yaranıb. Azərin səhər saatlarında kotec pulu və yemək hesabı üçün 150 manat verərək getməsi Ziyadxanı narazı salıb.

Z.Sədiyev ifadəsində bildirib ki, gecə saatlarında pullarını tələb edən qızları yola salmalı olub: “Onlara 300 manat ödəməli olsaq da, Azərin verdiyi 150 manatı verərək sakitləşdirməyə çalışdım”.

O, digər xərcləri də ödəyərək dostları ilə birgə restoranı tərk edib.

Azər daha sonra Ziyadxanın onun barəsində xoşagəlməz sözlər dediyini, dostlarına vatsapla səs mesajı yollayaraq Azərin hesabı ödəmədən qaçdığını deməsini, onu təhqir etdiyini öyrənib. Restorandkı görüşdən sonra Salyan rayonuna gedən və 4 gün orada qalan Azər daha sonra Ziyadxanla görüşmək qərarına gəlib və özü ilə odlu silah götürərək əvvəlcədən razılaşdıqları Atatürk prospektinə gəlib. O, taksidən düşən kimi Ziyadxana doğru atəş açıb və maşına minərək hadisə yerindən uzaqlaşıb.

Bundan sonra Salyan rayonuna gedən Azər silahı körpüdən Kür çayına atıb. Nərimanov rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o tutularaq istintaqa təhvil verilib.

Açar sözlər:

Oxunub: 343


Oxşar xəbərlər