Azərbaycanda daha üç məktəb distant təhsilə keçib


12:17     05 Aprel 2021 21_04_05_1617610659.jpg


Kürdəmir rayonunda daha üç məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tədbirlər nəticəsində rayonun üç məktəbində koronavirus infeksiyası aşkarlanıb.

Bu səbəbdən rayonun 1, 2 və 6 saylı orta məktəblərində əyani təhsil müvəqqəti olaraq dayandırılıb və distant təhsilə keçirilib.

Hazırda həmin məktəblərdə Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılır. / Report

Femida.az

Açar sözlər: #məktəb   #distant  

Oxunub: 345