Şabranda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb


15:05     05 Aprel 2021 21_04_05_1617620788.jpg

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakini R.Ağamirzəyevə koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ev şəraitində müalicə təyin olunub və müalicə müddəti ərzində yaşayış yerini tərk etməməsi, qaydalara ciddi riayət etməsi tapşırılıb.

Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yoxlanılması zamanı isə həmin şəxsin qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

R.Ağamirzəyevin olduğu yer polis əməkdaşları tərəfindən qısa müddət ərazində müəyyənləşdirilib və o, yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 297