Saxta vaksin sənədi haqda məlumatla bağlı - Rəsmi açıqlama
15:37 05 Aprel 2021
TƏBİB koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlara münasibət bildirib.
Qurumdan Femida.az-a daxil olan məlumatda qeyd edilir ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə “Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir: “Lakin təəssüf ki, son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır.
TƏBİB olaraq hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik. Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir.
TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”.
Oxunub: 885
Oxşar xəbərlər
- Saxta COVID-19 pasportu satan tibb işçiləri tutulub
- Saxta COVID-19 pasportu satan şəxsə cinayət işi açılıb
- Saxta COVID pasportu satan həkimlərə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu satan tibb bacısı barəsində cinayət işi başlanılıb
- Saxta vaksin pasportu satan 3 nəfər saxlanılıb
- Saxta COVID-19 pasportu satan tibb qardaşı barəsində cinayət işi başlanılıb
- Saxta COVID-19 sənədi verən feldşerə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
- Saxta COVİD-19 pasportu satan həkimlər saxlanıldı - Video
- Saxta əlilliklə bağlı 266 şəxsin sənədləri Baş Prokurorluğa göndərilib