40 min manatlıq dələduzluq edən "məmur" həbs olundu


16:40     05 Aprel 2021 vezifeli%20hebs.jpg

Özünü vəsifəli şəxs kimi qələmə verib dələduzluq edən şəxsə hökm oxunub.


Baş Prokurorluqdan Femida.az-a verilən məlumata əsasən, Bakı şəhər sakini Məcnunzadə Çingiz Gündüz oğlunun özünü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi və onları rüşvət verməyə təhrik etməsi faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Aparılmış istintaqla Çingiz Məcnunzadənin ayrı-ayrı şəxslərə özünü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib guya həmin dövlət xidmətinin “Sahibkarlara Maddi Yardım Fondu”nun açıldığını və koronavirus infeksiyasının Respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyinə görə zərər çəkən sahibkarlara 5 min manat məbləğində birdəfəlik pul yardımı ediləcəyi adı ilə, habelə vergi ödəyicilərinin vergi borclarının silinməsi və hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətlərin ləğv edilməsindən ötrü birbaşa yolla özü vasitəsilə pul vəsaitinin rüşvət qismində verilməli olduğuna onları inandırmasına, bu yolla da həmin şəxslərə məxsus ümumilikdə 39 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Açar sözlər:

Oxunub: 510