Azərbaycanda bu qanun qüvvədən düşüb


17:11     05 Aprel 2021 21_04_05_1617628352.jpg


Azərbaycanda 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanun bu gündən qüvvədən düşüb.


Femida.az xəbər verir ki, bununla da, “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minib.

Bununla belə, əvvəlki qanundan fərqli olaraq yenilənmiş qanunda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) çatdırırılıb, sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə, notariusların depozit hesablarındakı fiziki şəxslərə məxsus pul vəsaitləri isə tam məbləğdə sığortalanıb.

Xatırladaq ki, Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanunu 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edib. Məqsəd Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. 2019-cu il martın 4-də qanunun qüvvədə olma müddəti 1 il, ötən il martın 13-də daha 9 ay, ötən il dekabrın 18-də isə daha 4 ay uzadılıb.

Femida.az

Açar sözlər: #qanun   #əmanət   #sığorta  

Oxunub: 751