ABŞ-da bir ailənin altı üzvü öldürülüb


09:18     06 Aprel 2021 21_04_06_1617657044.jpg

Amerikanın Allen şəhərində (Texas ştatı - Red) bir ailənin altı üzvü mənzildə ölü aşkarlanıb.

Bu barədə Femida.az “Fox News”a istinadən xəbər verir.

Qeyd olunub ki, ölən şəxslərin bədənlərində güllə yaraları müəyyən edilib.

Polisin verdiyi məlumata görə, ər və arvad, onların üç oğlu və yaşlı qadın (Nənə - Red) güllələnib. Ehtimal edilir ki, iki qardaş ailə üzvlərini öldürdükdən sonra intihar ediblər.

Qardaşlardan biri hadisə ilə bağlı məktub yazıb. Lakin məktubun məzmunu açıqlanmayıb. Öldürülənlərin Banqladeşdən olduğu qeyd edilir

Açar sözlər:

Oxunub: 200