DYP hərəkət iştirakçılarına müraciət edib
11:14 06 Aprel 2021
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Femida.az-A verilən xəbərə görə, hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, belə havada sürücülər tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar: "Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.
Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir".
Oxunub: 430
Oxşar xəbərlər
- DYP sürücülərə müraciət edib
- DYP yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- DYP şagirdlərin ekskursiyalarını təşkil edən şəxslərə müraciət ünvanlayıb
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
- DYP sürücülərə xəbərdarlıq edib
- DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib