TƏBİB COVID xəstələrinə və həkimlərə müraciət edib


11:28     06 Aprel 2021 21_04_06_1617689649.jpg

TƏBİB "COVID-19" xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib.

TƏBİB-dən Femida.az-a verilən xəbərə görə, son dövrlər ayrı-ayrı şəxslər tərəfindən “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və müalicənin doğru aparılmadığı hallarına rast gəlinir: "Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik.

Açar sözlər:

Oxunub: 429