Güclü külək Suraxanıda qaz təsərrüfatına ziyan vurub


12:20     06 Aprel 2021 21_04_06_1617696015.jpg

Aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

“Azəriqaz”İstehsalat Birliyindən Femida.az-ə verilən məlumata görə, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb.

Məlumata görə, “Azəriqaz”ın əməkdaşları hadisə yerindədir və hazırda operativ tədbirlər görülür.

“Güclü küləklə bağlı mobil qruplarımız bütün ərazilərdə iş başındadır”, - deyə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev qeyd edib.

Açar sözlər:

Oxunub: 421