Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb


12:55     06 Aprel 2021 piyada4.jpg

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 5-də saat 12 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində Yeni Həyat kənd sakini E.Salahov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini C.Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 344