Bu günki küləyin vurduğu fəsadlar - FOTOLAR


13:57     06 Aprel 2021 21_04_06_1617702954.jpg

Güclü külək Bakıda və bəzi bölgələrdə ciddi fəsadlar törədib.

Səhər saatlarında güclü külək Bakı şəhəri, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qarajlardan birinin dam örtüyünü uçurub.

Dam örtüyü yola düşərək işıq dirəklərini aşıraraq yararsız hala salıb.

Yola düşən dam örtüyü nəqliyyatın hərəkətinə müəyyən maneələr yaradıb.

Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Ölkənin Şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.

Dərhal hadisə yerinə gələn "Azərişıq" ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmir-bərpa işləri davam etdirilir.

Güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb.

MGüclü küləklə bağlı mobil qruplar bütün ərazilərdə iş başındadır.






Açar sözlər: #külək   #fəsad  

Oxunub: 365