Putin Koçaryanla telefonda danışıb


14:40     06 Aprel 2021 21_04_06_1617705671.jpg


Rusiya Prezidenti Vladimir Putin ötən həftə Ermənistanın sabiq prezidenti Robert Koçaryanla telefonda danışıb.

Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Onların uzun müddətdir ki, yaxşı münasibətləri var. Təsdiq edə bilərəm ki, həqiqətən də telefonla danışıblar. Bilirsiniz ki, onların uzunmüddətli yaxşı münasibətləri var və tez-tez ünsiyyət qururlar", - Peskov vurğulayıb.

Daha əvvəl bildirilib ki, Putin və Koçaryan Ermənistandakı və bölgədəki vəziyyəti müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 443