Prezident yeni Mərkəz yaratdı - FƏRMAN
16:15 06 Aprel 2021
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni (bundan sonra – Mərkəz) on beş gün müddətində yaratmaq tapşırılıb.
Həmçinin müəyyən edilsin ki, Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.
Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilir.
Nazirlər Kabineti bir ay müddətində Mərkəzin strukturunu və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla nizamnaməsini təsdiq edtmək, fəaliyyətinin təmin edilməsi məqsədilə Mərkəzin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Həmçinin Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxunub: 483
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib