Hacıqabulda yas mərasimdə iştirak edənlər cəzalandırılıb
21:58 06 Aprel 2021

Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb.
Hacıqabul Rayon Polis Şöbəsindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib.
Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib. Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.
Oxunub: 254
Oxşar xəbərlər
- Hacıqabulda evi tərk edən aktiv koronavirus xəstəsi müəyyən edilib
- Hacıqabulda iki bacı yol qəzasında xəsarət alıb
- Hacıqabulda toy edənlər cərimələndi
- Hacıqabulda yanğın olub, xəsarət alan var
- Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub
- Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı
- Hacıqabulda ata və oğul kürəkən tərəfindən bıçaqlanıb
- Hacıqabuldan Salyana gedən koronavirus xəstəsinə cinayət işi başlanıb
- Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb
- Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb