Hacıqabulda yas mərasimdə iştirak edənlər cəzalandırılıb


21:58     06 Aprel 2021 2021/04/1617732387678_AmAOrDBV_1617734364.jpeg

Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb.


Hacıqabul Rayon Polis Şöbəsindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib.

Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib. Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.

Açar sözlər:

Oxunub: 412