Bakıda ağır qəza baş verib


09:18     07 Aprel 2021 21_04_07_1617771847.jpg

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Femida.az xəbər verir ki, hadisə Səməd Vurğun və İmran Qasımov küçələrinin kəsişməsində baş verib.

“Opel” markalı nəqliyyat vasitəsi Səməd Vurğun küçəsində qadağan olunmuş ərazidən geriyə dönüş edib.

Bu zaman eyni küçədə əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Mercedes” markalı nəqliyyat vasitəsi “Hyundai” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Opel” markalı nəqliyyat vasitəsində bir nəfər xəsarət alıb.

Açar sözlər:

Oxunub: 364