ÜST: “Peyvəndləmə ilə bağlı sertifikatın tələb edilməsi bərabərsizliyi artıra bilər”


09:25     07 Aprel 2021 21_04_07_1617772434.jpg

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanların sağlamlığı haqqında məlumatların bilinməsi üçün bir vasitə olaraq peyvəndləmənin sertifikatlaşdırmasını dəstəkləyir”.

Femida.az -ın məlumatına görə, bunu ÜST-ün Təcili yardım proqramının direktoru Maykl Rayan çərşənbə axşamı keçirilən birifinqdə deyib.

“Səyahət etmək və ya məktəbə getmək üçün sertifikat tələb olunmalıdırmı?” sualına cavab verməyin çox çətin olduğunu vurğulayan Rayan bildirib ki, sertifikat tələb etmək koronavirusun yayılmasını azaltmağa kömək edə bilər, lakin burada bərabərlik məsələləri ortaya çıxır: “Sertifikat tələb etmək bərabərsizliyi artıra bilər. Nəzərə alaq ki, peyvəndi olmayan ölkələr də var”

ÜST təmsilçisi əlavə edib ki, hazırda peyvənd sənədinin beynəlxalq səyahətlər üçün tətbiq edilməməsini tövsiyə edirik: “Ancaq bu tövsiyə aprelin 15-dək etibarlıdır. Qısa müddətdə bununla bağlı məlumat yenilənəcək”.

Açar sözlər:

Oxunub: 170


Oxşar xəbərlər