ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında atəş açan sanitar öldürülüb
10:16 07 Aprel 2021

ABŞ-ın Merilend ştatının Frederik şəhərində yerləşən Hərbi Dəniz Qüvvələrinə məxsus “Fort Dietrick” hərbi bazasına atəş açan bir nəfər öldürülüb.
Femida.az -ın məlumatına görə, bu barədə jurnalistlərə şəhərin polis rəisi Ceyson Lendo məlumat verib.
Lendo bildirib ki, ölən şəxs əvvəlcə bazanın biznes-parkında atəş açıb və sonra maşınla 6 km məsafədə yerləşən “Fort Dietrick”ə doğru hərəkət edib: “Orada da atəş açaraq iki nəfər ağır yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.
Qeyd edək ki, hadisə ilə bağlı ABŞ Hərbi Dəniz Qüvvələri “Twitter” hesabında məlumat yerləşdirib. Bildirilib ki, öldürülən şəxs bazanın sanitarıdır.
Oxunub: 170
Oxşar xəbərlər
- ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- ABŞ Rusiyanın 10 diplomatını ərazisindən çıxaracaq
- ABŞ Almaniyadakı hərbçilərinin sayını artırır
- ABŞ-da üç uşağını öldürməkdə şübhəli bilinən qadın saxlanılıb
- Abşeronda toy mərasiminin keçirirən şəxslər aşkarlanıb - FOTO
- ABŞ rəsmilərindən Rusiya-Ukrayna gərginliyi barədə yeni açıqlamalar
- ABŞ türkiyəli nazirə qarşı sanksiya tətbiq edib
- ABŞ-da bir ailənin altı üzvü öldürülüb
- ABŞ-da atışma olub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
- Abşeronda narkotacir tutuldu