İsmayıllıda tanışını qətlə yetirən şəxs hakim qarşısına çıxarılır


12:13     07 Aprel 2021 bicaq.jpg

İsmayıllı rayonunda tanışını qətlə yetirən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Bu barədə "Report"a İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib.

Bildiirlib ki, 2020-ci il dekabrın 20-də Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin tanışı Məsimli Səxavət Sübhan oğlunun sosial şəbəkədə aralarında baş verən mübahisə ilə əlaqədar 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində rayon ərazisində yerləşən parkda Fərid Musayevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Səxavət Məsimli Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 399