QMİ sədri: Həqiqətləri dünyaya çatdırırıq
15:41 07 Aprel 2021

“Necə ola bilər ki, bir yalanı bu qədər təkrar deyə bilirlər?! Bu gün erməni kilsəsi bütün dünyaya, eləcə də xristian, yəhudi, katolik icmalarına, hətta bəzi müsəlman dövlətlərinə müraciət ünvanlayır və iddia edir ki, guya Azərbaycan dövləti tərəfindən erməni dininə qarşı mənfi hərəkətlər edilib, məbədlər sökülüb dağıdılıb. Onlar başqa yalanlar da danışırlar və belə yalanların sayı çoxdur”.
Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
QMİ sədri qeyd edib ki, həmin yalanlara cavab verirlər: “Məcbur oluruq ki, bütün dünyada onlara cavab verək. Tək mən yox, digər din xadimləri ilə birlikdə müraciət yayaraq həqiqətləri dünyaya çatdırırıq. Azərbaycanda olan dini konfessiya rəhbərlərinə təşəkkür edirəm ki, həmişə bir olmuşuq və bundan sonra da bir olacağıq”.
Femida.az
Oxunub: 218
Oxşar xəbərlər
- DYP: Cəriməsi olan avtomobillər Azərbaycana buraxılmayacaq
- Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"
- 2293 yoluxma - 31 nəfər koronavirusdan öldü
- Vətən Müharibəsinin qəhrəman həkimi: “Hər şey filmlərdə gördüyümüz kimi idi” - VİDEO
- Paşinyan: "2018-ci ildə Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi"
- İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"
- Hulusi Akar: “Ukraynanın gələcəyi ilə yaxından maraqlanırıq”
- Metyu Brayza: "Minsk qrupunun münaqişədən sonrakı dövrdə missiyası olmalıdır"
- İlham Əliyev: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
- Prezident: "Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür"