Azərbaycanda vurulan peyvəndin sayı 1 milyonu keçdi


16:06     07 Aprel 2021 2021/04/606d8fd742b0c606d8fd742b0d1617792983606d8fd742b09606d8fd742b0a_1617797222.jpeg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.

Femida.az

Açar sözlər: #koronavirus   #vaksin  

Oxunub: 427