Azərbaycan Ordusunda xüsusi minatəmizləmə taboru yaradılıb
16:27 07 Aprel 2021
"Müharibə bitdikdən sonra cənab Prezidentin göstərişi əsasında mühəndis-istehkam taborları yaradılıb".
Femida.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimov deyib.
İdarə rəisi bildirib ki, onlardan biri xüsusi minatəmizləmə taborudur: "Artıq o tabor bu gün işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli rayonlarında həm texnikası, həm də şəxsi heyəti ilə fəaliyyətdədir. Bununla bağlı çox sayda şəxsi heyəti Türkiyə Respublikasına ezam etmişik. Orada şəxsi heyət çeşidli kurslara - əldə hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi, xüsusi minatəmizləmə kurslarına cəlb olunub. Paralel olaraq Türkiyədən mütəxəssisləri dəvət edərək öz mütəxəssislərimizlə, zabitlərimizlə birlikdə hazırlıq kursları təşkil etmişik. Bütün bunlar işğaldan azad olunan torpaqlarımızın minalardan və partlamamış sursatlardan təmizlənməsi işinə böyük töhfə verəcək. Şəxsi heyətin daha geniş masştabda fəaliyyət göstərməsi onun peşəkarlığının artması deməkdir".
Oxunub: 386
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)