Zakir Həsənov Şuşa və Laçında bu tapşırıqları verdi
17:33 07 Aprel 2021

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildirilib.
Z.Həsənov Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.
Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.
Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.
Oxunub: 360
Oxşar xəbərlər
- Şuşada ermənilərin dağıtdığı xatirə kompleksi bərpa edilir
- Rusiya Şuşaya atılan "İskander-M"lə bağlı araşdırmalara başlayıb
- Prezident: “Bu silah Ermənistanın əlinə necə düşdü? Cavab ala bilməmişik”
- Şuşada erməni bankından görün nə tapıldı - Gizli qalan VİDEO
- Samir Poladov: “İrəvan Şuşanı şəhər azad edildikdən sonra “İskəndər”lə vurub”
- Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir
- ANAMA Şuşaya "İskəndər-M" atıldığını təsdiqlədi
- Ərdoğan Şuşaya səfər edəcək
- Şuşanın işğalına rəhbərlik etmiş erməni general öldü
- Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb