DYP dayanacaqları zəbt edən sürücüləri cərimələdi - VİDEO
17:59 07 Aprel 2021

Paytaxtın küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yol polisləri tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilir. Metronun “20 Yanvar” stansiyasının yaxınlığında keçirilən sonuncu reyddə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılmasını təmin edilib.
"Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar. Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunur", - Mətbuat xidmətindən bildirilib.
Femida.az
Oxunub: 273
Oxşar xəbərlər
- DYP: Cəriməsi olan avtomobillər Azərbaycana buraxılmayacaq
- Sumqayıtda reyd - Polis onları cərimələdi
- Sürücülər DİQQƏT! - 1 ay boyunca reyd olacaq
- DYP hərəkət iştirakçılarına müraciət edib
- DYP dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı reyd keçirib
- Şəmkirdə DYP-yə yeni rəis təyin edilib
- DYP "Azerreyl Voleybol Klubu"nu cərimələyib
- DYP bayramda gücləndirilmiş rejimində xidmət aparacaq
- DYP bu yollara çıxmamağa çağırıb
- Yol polisi sürücülərə müraciət edib