Ev üstündə baba və nənəsini armaturla öldürdü, qardaşını güllələdi - Ömürlük həbs yatacaq


09:32     08 Aprel 2021 21_04_08_1617862465.jpg


Şəki Ağır Cinayətlər Məhkəməsində babasını və nənəsini xüsusi amansızlıqla qətlə yetirməkdə, qardaşını öldürməyə cəhddə təqsirləndirilən Vüsal Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, V.Qədirov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il mayın 9-da İsmayıllı rayonunun Bizlan kəndində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı ögey babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib. Daha sonra o, babasına məxsus odlu silahı götürərək qardaşı Şamo Qədirovu öldürməyə cəhd edib.

Dəhşətli cinayət hadisəsinə səbəb olan mübahisə yaşayış evinin satılmasında razılıq əldə edilməməsindən yaranıb.

V.Qədirova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29,120.2.10 (təkrar adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilib. Report

Femida.az

Açar sözlər: #həbs   #cəza  

Oxunub: 476